Elxan Poluxov: WUF13-ə ev sahibliyi Azərbaycan üçün mühüm mərhələdir
WUF13 ilə bağlı Ərəb dövlətlərindəki jurnalistlər üçün regional onlayn media brifinq keçirilib.
"Report" xəbər verir ki, brifinqdə 17-22 may 2026-cı il tarixlərində Bakıda "Hamı üçün mənzil: təhlükəsiz və davamlı şəhərlər, icmalar" mövzusu altında keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına (WUF13) hazırlıqlarla bağlı son yeniliklər açıqlanıb.
Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov WUF13-ə hazırlıqdan bəhs edərkən ölkənin inklüziv və fəaliyyətyönümlü forum keçirməyə sadiq olduğunu bir daha təsdiqləyib. O qeyd edib ki, WUF13-ə ev sahibliyi etmək Azərbaycan üçün mühüm mərhələdir və ölkənin qlobal şəhər dialoqunda artan iştirakını əks etdirir.
O, Azərbaycanın "ağıllı kəndlər", "ağıllı şəhərlər" və yaşıl enerji zonaları sahəsindəki təcrübəsini vurğulayıb: "Biz öz təcrübəmizi bölüşməyə və başqalarından öyrənməyə hazırıq. Sizi Bakıya gəlməyə, əlaqələrinizi genişləndirməyə və şəhər həllərinin irəliləməsi üzərində birlikdə işləməyə dəvət edirik".
An online regional media briefing was convened for journalists and correspondents across the Arab States to share the latest updates on preparations for the thirteenth session of the World Urban Forum (WUF13), to be held in Baku, from 17 to 22 May 2026 under the theme “Housing… pic.twitter.com/Ft6tUWVJJK
— WUF13Azerbaijan (@WUF13Azerbaijan) February 13, 2026
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xəyanətkar İranın iç üzü: Bakının yaxşılığına yamanlıqla cavab verənlərin məqsədi
-
Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil olunub
-
Prezident: Azərbaycan Silahlı Qüvvələri səfərbərlik vəziyyətinə gətirilib
-
Serbiyanın XİN başçısı Balkanların Avropada sabitliyin sütunlarından biri ola biləcəyini düşünür
-
BMT-nin rezident-əlaqələndiricisi Azərbaycana təşəkkür edib
-
İran Naxçıvana etdiyi hücumu kimin boynuna atır?













