Yenikənd su anbarında bir sıra ekoloji qanun pozuntuları aşkar olunub
Far.Az xəbər saytı

Yenikənd su anbarında bir sıra ekoloji qanun pozuntuları aşkar olunub


Şəmkir Dövlət Təbiət Yasaqlığının ərazisində yerləşən Yenikənd su anbarı və ətraf ərazilərində bir sıra ekoloji qanun pozuntuları aşkar olunub.

"Far.Az"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, pozuntular bir müddət əvvəl aparılmış ekoloji monitorinq və nəzarət tədbirləri zamanı aşkar edilib.

Bildirilib ki, qeydə alınan pozuntular su anbarında və ətraf sahələrdə ekoloji tarazlığa mənfi təsir göstərməklə yanaşı, ətraf mühitə, bütövlükdə ekosistemə zərər vurulması ilə nəticələnirdi.

"Yenikənd su anbarı və ətraf ərazilərində fasiləsiz müşahidələrin aparılması və operativ nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə pilot layihə çərçivəsində günəş bateriyaları ilə təchiz edilmiş onlayn rejimdə işləyən 6 ədəd kamera quraşdırılıb. Görülən tədbirlər nəticəsində ərazidə ekoloji qanunvericiliyə zidd fəaliyyətlər aradan qaldırılıb, ətraf mühitə təsir göstərən neqativ halların qarşısı alınıb. Hazırda ərazinin fasiləsiz müşahidəsi həyata keçirilir", - məlumatda deyilir.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər