Səfir: "Azərbaycanın İtaliyaya investisiyaları təxminən 2,5 milyard avro təşkil edir"
Azərbaycanın İtaliyaya investisiyalarının həcmi təxminən 2,5 milyard avro təşkil edir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Romada keçirilən "Qafqazdan Aralıq dənizinə" adlı konfransda bildirib.
Diplomat xatırladıb ki, ötən il Azərbaycan Dövlət Neft Fondu (ARDNF) İtaliyanın infrastruktur sektoruna investisiya yatırıb.
"Bu, ilk belə addım idi. Bundan əlavə, bərpa olunan enerji sektorunda ARDNF vasitəsilə İtaliyada layihələr həyata keçirən "Enfinity Global Inc." şirkətinin təxminən 50 %-i əldə edilib. İnvestisiyalar hesabına Emiliya-Romanya və Latsio regionlarında ümumi gücü 400 MVt olan günəş elektrik stansiyaları tikilir", - səfir deyib.
R.Aslanov vurğulayıb ki, bu gün İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır: "Azərbaycanın ticarət dövriyyəsinin 65 %-i İtaliyanın payına düşür, bunun da 45 %-i enerji sektorudur. Hazırda Azərbaycan İtaliyanın bir nömrəli neft və iki nömrəli təbii qaz təchizatçısıdır. İtaliyanın qaza olan tələbatının 17 %-i Azərbaycandan edilən təchizat hesabına ödənilir".
Səfir xatırladıb ki, 2026-cı ilin yanvarından İtaliya təkcə qaz qəbul edən ölkə deyil, həm də tranzit ölkəyə çevrilib: "Azərbaycan qazı Almaniya və Avstriyaya çatdırılmağa başlanıb. Bu, son 10 ildə görülən işlərə əlavə dəyər qatır".
Oxşar xəbərlər
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Trendyol "INmerge" İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













