Nazir müavini: "KƏŞ ölkələrinin şirkətləri işğaldan azad edilmiş ərazilərə böyük maraq göstərirlər"
Far.Az xəbər saytı

Nazir müavini: "KƏŞ ölkələrinin şirkətləri işğaldan azad edilmiş ərazilərə böyük maraq göstərirlər"


Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrdən olan şirkətlər işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərməyə böyük maraq göstərirlər.

"Far.Az" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov nazirliyin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan-KƏŞ ölkələrinin 2-ci iqtisadi forumunda bildirib.

"İşğaldan azad olunmuş ərazilərin inkişafı üçün özəl investisiyaların cəlb olunması əsas prioritetlərimizdəndir və bu ərazilərdə investorlar üçün əlverişli şərait yaradılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya cəlbediciliyini artırmaq məqsədilə, 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilər üzrə güzəştlər təqdim etmişik. Texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar da 2023-cü ilin əvvəlindən 10 il müddətinə ƏDV və idxal gömrük rüsumundan azad edilib. Həmçinin hüquqi şəxslərin səhmdarlarının dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azad olunub. KƏŞ ölkələrindən olan şirkətlər işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərməyə aktiv maraq göstərirlər və bu istiqamətdə bəzi şirkətlərlə danışıqlar aparılır", - o qeyd edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər