Bakıda Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
Far.Az xəbər saytı

Bakıda Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib


Bakının Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

"Far.Az" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) birgə təşkilatçılığı ilə keçirilən aksiya 27 Sentyabr - Anım Gününə həsr olunub.

Aksiyada icra hakimiyyətinin əməkdaşları, struktur bölmələrin işçiləri, İctimai Birliyin könüllüləri və AKTİ-ın üzvləri iştirak ediblər.

Aksiya çərçivəsində ərazi yararsız tullantılardan təmizlənib, Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd şam ağacı əkilib, damcı üsulu ilə suvarma sistemi quraşdırılıb, həmçinin ağaclara gələcəkdə qulluq göstərilməsi üçün cavabdeh şəxslər müəyyənləşdirilib.

Qeyd edək ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərə, bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Marneulidə Vətən müharibəsi şəhidlərinin Anım Günü qeyd edilib
Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
Mehriban Əliyevanın iştirakı ilə “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər