Azərbaycan millisinin Beynəlxalq İnkişaf Turniri üçün yekun heyəti müəyyənləşib
Far.Az xəbər saytı

Azərbaycan millisinin Beynəlxalq İnkişaf Turniri üçün yekun heyəti müəyyənləşib


18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Belarusun paytaxtı Minskdə keçiriləcək Beynəlxalq İnkişaf Turniri üçün yekun heyəti müəyyənləşib.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmada 21 oyunçu yer alıb.

Turnirdə 8 komanda 2 qrupda yarışacaq. Azərbaycan millisi B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq. Komanda fevralın 19-da Rusiya, 20-də Özbəkistan, 21-də Belarusla üz-üzə gələcək.

Fevralın 23-də həlledici oyunlar keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

Nr. Adı / Soyadı Klub
1 Nurəziz Əzizov Neftçi
2 Bilal Hacıyev Qarabağ
3 Uğur Qurbanlı Qarabağ
4 Rəşad Gülüşov Sabah
5 Atacan Məmmədov Marcet (İspaniya)
6 Səttar Tahirzadə Marcet (İspaniya)
7 Muhamməd Çodarov Marcet (İspaniya)
8 İsmayıl Səfərli Neftçi
9 Amin Rzayev Qarabağ
10 Sahib Xəlilli Neftçi
11 Eldar Abbasov Qarabağ
12 Raul İsaqov Kəpəz
13 Nihad Hüseynzadə Sabah
14 Musa Mustafayev Zirə
15 İbrahim Xəlilov Sabah
16 Samir Şərifov Sabah
17 Pünhan Kərimov Marcet (İspaniya)
18 Emin Süleymanov Neftçi
19 Əli Bəşirov Qarabağ
20 Kamal Zülfiyev Sumqayıt
21 Nicat Kərimov Sabah

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycanın futbol millisi Belarusda Beynəlxalq İnkişaf Turnirinə qatılacaq
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər