Norveç təmsilçisi Olimpiadalar tarixində ən çox qızıl medal qazanan ikinci idmançı olub
Norveçli xizəkçi Yohannes Klebo Olimpiya Oyunlarında qazandığı qızıl medalların sayına görə ikinci pilləyə yüksəlib.
"Far.Az" xəbər verir ki, 29 yaşlı idmançı hazırda İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunlarında komanda sprint yarışında həmyerlisi Eynar Hedeqart ilə birlikdə qalib gəlib.
Bu, Klebonun karyerasında 10-cu Olimpiya "qızıl"ı olub.
O, qazandığı qızıl medalların sayına görə 9 dəfə bu mükafata sahib çıxan idmançıları geridə qoyub. Bunlar SSRİ gimnastı Larisa Latınina, amerikalı üzgüçü Keti Ledeki , finlandiyalı atlet Paavo Nurmi, amerikalı üzgüçülər Mark Spitz və Kaleb Dressel, həmçinin amerikalı atlet Karl Lyuisdir.
Hazırda Olimpiya Oyunları tarixində Klebodan daha çox qızıl medal qazanan yeganə idmançı amerikalı üzgüçü Maykl Felpsdir. Felps karyerası ərzində 23 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Oxşar xəbərlər
Qış Olimpiya Oyunları: Norveçli xizəkçi səkkizinci qızıl medalını qazanaraq rekorda şərik olub
Azərbaycan atleti VI İslam Həmrəyliyi Oyunlarında fəxri kürsüyə yüksəlib
III MDB Oyunlarında iştirak edəcək daha iki ölkənin idmançıları Bakıya gəlib
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













