Füzulidə avtoqəza olub, 3 nəfər ölüb, 4-ü xəsarət alıb - Yenilənib
Far.Az xəbər saytı

Füzulidə avtoqəza olub, 3 nəfər ölüb, 4-ü xəsarət alıb - Yenilənib


Füzuli rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, qəza nəticəsində "Opel" markalı minik avtomobilinin sürücüsü Seymur Pəhləvan oğlu İsmayılov, maşındakı sərnişinlər - Əhəd Nəsimi oğlu Heydərzadə və Turan Elcan oğlu Əsgərov hadisə yerində ölüblər.

Hadisə zamanı avtomobildə olan digər sərnişinlər - Rəvan Elnur oğlu Abbaszadə və Ramazan Elnur oğlu Cəfərov, həmçinin "VAZ-2104" markalı avtomobilin sürücüsü Mustafa Həsənqulu oğlu Mustafayev və onun qızı Rəmziyə Mustafa qızı Mustafayeva ağır xəsarətlər alıblar.

Onlar Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma davam etdirilir.

Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb, 4-ü xəsarət alıb.

Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsindən (DYP) məlumat verilib.

Bildirilib ki, hadisə noyabrın 13-ü saat 23 radələrində rayonun Böyük Bəhmənli kəndində qeydə alınıb. Belə ki, Füzuli sakinləri Seymur İsmayılovun idarə etdiyi "Opel" və Mustafa Musayevin idarə etdiyi "VAZ-2104" markalı avtomobillər toqquşub. Nəticədə "Opel"in sürücüsü və iki sərnişini hadisə yerində dünyasını dəyişib. Həmin avtomobilin digər iki sərnişini, həmçinin "VAZ-2104"ün sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan tədbirlər keçirilib
Azərbaycan Ordusunda Novruz və Ramazan bayramları böyük təntənə ilə qeyd olunub
İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər