Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri seçiləcək
Far.Az xəbər saytı

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri seçiləcək


Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılacaq, rəhbərləri təyin ediləcək.

"Far.Az" xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə İşçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarına dəyişiklik layihəsi parlamentin fevralın 24-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, Milli Məclisin Keniya, Qambiya, Laos, Maldiv parlamentləri ilə işçi qrupları yaradılır.

Sənədə görə, Azərbaycan- Keniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Ramid Namazov, Azərbaycan - Qambiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Eyvaz Qurbanov, Azərbaycan - Laos parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Gülşən Paşayeva, Azərbaycan - Maldiv parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri isə deputat Azər Allahverənov təyin edilir.

Qərar layihəsində həmçinin vurğulanıb ki, Azərbaycan - Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Vasif Qafarov təyin edilir.

Qeyd edək ki, daha öncə həmin işçi qrupuna deputat Əli Hüseynli rəhbərlik edirdi.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakı Uşaq və Gənclər Teatrı yeni  layihəyə start verib.
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb - YENILƏNIB
Rumıniyada türk siyasətçiyə Qənirə Paşayeva xüsusi mükafatı verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər