Taksi sürücülərinin nəzərinə: bu gün imtahan başa çatır
Far.Az xəbər saytı

Taksi sürücülərinin nəzərinə: bu gün imtahan başa çatır


Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi 1 iyul 2024-cü il tarixindən sonra xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün avqustun 25-də imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən 2369 nəfərin məlumatları təqdim olunub.

BAKU.WS xəbər verir ki, imtahanda iştirak etmək istəyən həmin sürücülər 21 avqust saat 10:00-dək qeydiyyatdan keçməlidirlər. Bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilib.

20 avqust saat 09:00-a olan məlumata əsasən, 1093 sürücü qeydiyyatdan keçib.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanı Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.

BAKU.WS

Oxşar xəbərlər

Şəhadətnamə almaq istəyən taksi sürücülərinin imtahana qeydiyyatı başa çatır
Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər