Ukrayna Aİ-yə zədələnmiş "Drujba" neft kəmərinin əvəzinə "Odessa-Brodı" kəmərini təklif edir
Far.Az xəbər saytı

Ukrayna Aİ-yə zədələnmiş "Drujba" neft kəmərinin əvəzinə "Odessa-Brodı" kəmərini təklif edir


Ukrayna Avropa İttifaqına (Aİ) Macarıstana və Slovakiyaya neft tranziti üçün Rusiyanın hücumu nəticəsində zədələnmiş "Drujba" neft kəməri əvəzinə "Odessa-Brodı" kəmərindən istifadə etməyi təklif edir.

"Far.Az" xəbər verir ki, bu barədə "Ukrainska pravda" qəzeti bu ölkənin Avropa İttifaqı yanında missiyasının məktubuna istinadən məlumat yayıb.

"Avropa ölkələrinə, xüsusilə Macarıstana və Slovakiyaya neft tədarükünün təhlükəsizliyinin təmin edilməsi kontekstində Kiyev Ukraynanın mövcud neft nəqli infrastrukturundan istifadə etməklə neft daşınması imkanının nəzərdən keçirilməsini təklif edir. Xüsusilə, belə logistika ya Ukraynanın neft nəqli sistemi vasitəsilə ya da dəniz yolu ilə – dəniz limanlarında yüklərin boşaldılıb yenidən yüklənməsi və daha sonra "Odessa–Brodi" neft kəməri ilə Aİ-yə üzv dövlətlərə nəqli şəklində təşkil oluna bilər", - təklifdə qeyd edilib.

Oxşar xəbərlər

Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
İtkonen: Brüsseldə "Drujba" ilə neft tədarükü məsələsi müzakirə olunacaq
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər