Muğan zonasında 27 Sentyabr - Anım Günü qeyd edilib
Muğan zonasına daxil olan rayonlarda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilir.
“Report”un Muğan bürosunun məlumatına görə, Cəlilabad, Biləsuvar və İmişli rayonlarında yerli rəhbərlik, idarə və müəssisə əməkdaşları, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər.
Baş tutan ziyarətlər zamanı şəhid məzarlarının önünə gül dəstələri qoyulur, dualar oxunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan qəhrəmanların ruhu minnətdarlıqla anılır.
Qeyd olunan rayonlarda saat 12:00-da Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şimal-qərb rayonlarında 27 Sentyabr - Anım Günü qeyd olunub
Sumqayıtda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Azərbaycanda Anım Günüdür
Marneulidə Vətən müharibəsi şəhidlərinin Anım Günü qeyd edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













