Sumqayıtda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Sumqayıt şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub.
“Far.Az”un yerli bürosunun məlumatına görə, 27 sentyabr – Anım Günü ilə bağlı Sumqayıt Şəhidlər xiyabanında keçirilən tədbirdə şəhər rəhbərliyi, deputatlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.
27 sentyabr - Anım Günü ilə bağlı Sumqayıt şəhərində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasim iştirakçıları öncə Qalib əsgər abidəsi önünə əklil və gül dəstələri qoyublar, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda həlak olan qəhrəmanların məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şimal-qərb rayonlarında 27 Sentyabr - Anım Günü qeyd olunub
Azərbaycanda Anım Günüdür
Muğan zonasında 27 Sentyabr - Anım Günü qeyd edilib
Marneulidə Vətən müharibəsi şəhidlərinin Anım Günü qeyd edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













