Şimal-qərb rayonlarında 27 Sentyabr - Anım Günü qeyd olunub
Azərbaycanın şimal-qərb rayonlarında 27 Sentyabr - Anım Günü qeyd olunub.
"Far.Az"un şimal-qərb bürosunun məlumatına görə, Qax, Zaqatala və Oğuz rayonlarında keçirilən anım mərasimlərində rayon icra hakimiyyətlərinin başçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd olunan rayonlardakı Şəhidlər xiyabanında Birinci Qarabağ və Vətən müharibələri, 2022-ci ilin sentyabr döyüşləri, 2023-cü ilin lokal antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub və məzarları üzərinə gül dəstələri düzülüb.
Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanda Anım Günüdür
Sumqayıtda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Muğan zonasında 27 Sentyabr - Anım Günü qeyd edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













