Kriştianu Ronaldu karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istəyir
Far.Az xəbər saytı

Kriştianu Ronaldu karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istəyir


"Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı Futbol Çempionatının 23-cü turunda "Əl-Həzm"ə qarşı keçirilən və komandasının 4:0 hesablı qələbəsi ilə başa çatan oyunda iki qol vurub.

"Far.Az" xəbər verir ki, görüşdən sonra portuqaliyalı hücumçu ölkədə oynamağa davam etmək niyyətində olduğunu açıqlayıb.

"Mən Səudiyyə Ərəbistanına məxsusam. Burada oynamağa davam etmək istəyirəm. Bura məni, ailəmi və dostlarımı qarşılayan ölkədir, burada xoşbəxtəm və qalmaq istəyirəm", - deyə jurnalist Fabritsio Romano sosial mediada futbolçunun sözlərini sitat gətirib.

Qeyd edək ki, 41 yaşlı Ronaldu bu mövsüm "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 22 oyunda 20 qol vurub.

Oxşar xəbərlər

Kriştiano Ronaldu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA
Kriştiano Ronaldonun keçmiş sevgilisinə çoxlu pul təklif ediblər - SƏBƏB...
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər