Jurnalistlər üçün süni intellekt təlimi keçirilib
Azərbaycan dilinin qorunması və düzgün istifadəsi "Azərsun Holdinq" üçün prioritet istiqamətlərdən biridir.
"Report" xəbər verir ki, xüsusilə cari ildə ana dilinə həssas yanaşmanın təşviqi və bu sahədə maarifləndirici təşəbbüslərin həyata keçirilməsi şirkətin diqqət mərkəzindədir.
Media məkanında dilin düzgün və peşəkar istifadəsinə dəstək məqsədilə təşkil olunan təlim də bu həssas yanaşmanın tərkib hissəsidir. Ana dilində mətn tərtibatında süni intellekt alətlərindən istifadə mövzusuna həsr olunan təlimdə 25 media qurumundan jurnalistlər və Bakı Dövlət Universitetinin jurnalistika ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.
Görüş "Code Academy" ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Təlimi süni intellekt üzrə kreativ direktor və təlimçi Ümid Salay aparıb.
Proqram çərçivəsində süni intellekt nədir və jurnalistikada rolu, mətn hazırlama prosesində süni intellektdən istifadə, mətn yaradan süni intellekt alətləri ilə tanışlıq, süni intellektdən istifadənin üstünlükləri və məhdudiyyətləri, düzgün sorğu (prompt) yazma qaydaları, süni intellekt tərəfindən yaradılmış mətnlərin redaktəsi və faktların yoxlanılması kimimövzularatoxunulub.
Praktiki hissədə isə iştirakçılar süni intellekt alətlərindən istifadə edərək mətnlər hazırlayıb, redaktə edib və nəticələri birlikdə müzakirə ediblər.
"Azərsun Holdinq" media nümayəndələrinin peşəkar inkişafına, ana dilinin düzgün istifadəsinin təşviqinə və müasir texnologiyaların tətbiqinə yönəlmiş təşəbbüslərini bundan sonra da davam etdirəcək.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Euronews Academy" çərçivəsində keçirilən "Rəqəmsal Jurnalistika" təlim proqramı yekunlaşıb
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Fəxrəddin Veysəlli: "12 yaşına kimi uşağa əlavə dil öyrətmək cinayətdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













