Beşgünlük körpə Zərdab xəstəxanasının həkiminin səhlənkarlığından ölüb? - İDDİA
Bakıdakı klinikalardan birində beşgünlük körpə ölüb.
Far.Az xəbər verir ki, bu barədə Oxu.Az-a uşağın babası, Zərdab rayon sakini Tahir Qasımov məlumat verib.
O bildirib ki, 5 gün əvvəl nəvəsi A.Qasımov Bakıdakı klinikalardan birində dünyaya gəlib:
"İki gündən sonra uşağı klinikadan çıxarıb rayona evimizə gətirdik. Həmin gün axşam saatlarında uşaqda narahatlıq başladı və onu Zərdab Rayon Mərkəzi Xəstəxanasının Ailə-Sağlamlıq Mərkəzinə apardıq. Mərkəzin bölmə müdiri Şəfa Qocayeva uşaqda ciddi xəstəliyin olmadığını bildirdi və müalicə yazdı. Həmin müalicəni eləyəndən sonra uşağın vəziyyəti daha da pisləşdi. Uşağı Təcili Tibbi Yardım Stansiyasına çatdırdıq. Oranın həkimləri bildirdilər ki, uşaq sarılıq xəstəliyi keçirib və səhv müalicədən vəziyyəti ağırlaşıb. Məsləhət bildirdilər ki, uşağı yenidən Bakıya aparaq. Təcili olaraq uşağı Elmi Tədqiqat Uşaq Problemləri İnstitutuna gətirdik. Həkimlərin müayinəsi zamanı məlum oldu ki, yanlış müalicədən uşağın beyni zədələnib və vəziyyəti kritikdir. Körpəni reanimasiyaya yerləşdirsələr də, müalicələrin xeyri olmadı və nəvəm dünən axşam saatlarında dünyasını dəyişdi".
T.Qasımov bildirib ki, uşağa səhv müalicə yazan həkim Şəfa Qocayeva Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru Nihad Qocayevin həyat yoldaşıdır:
"Xəstəxanaya gələn xəstələri bilərəkdən həyat yoldaşının qəbuluna yönəldir. O da səhv diaqnozlarla xəstələrin vəziyyətini daha da ağırlaşdırır".
Zərərçəkmiş bildirib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək.
Oxşar xəbərlər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
"Günəşli" sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb













