Dəniz kənarında tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanmayıb- RƏSMİ
Bakı-Abşeron və Sumqayıtda dənizkənarı ərazisində tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanmayıb.
Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, mediada sözügedən ərazidə dəniz kənarında quş cəsədlərinə rast gəlinməsi ilə bağlı yayılan məlumatlar aidiyyəti dövlət qurumları ilə birgə araşdırılır. AQTA diaqnostik nümunələr götürərək müayinələr keçirib.
Bundan əvvəl isə mediada Bakı-Abşeron və Sumqayıtda dənizkənarı ərazidə çöl quşlarının tələf olması ilə bağlı yayılan məlumatlar əsasında AQTA-nın Regional Bölmələri, ETSN-nin yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və KTN-nin yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarının iştirakı ilə əraziyə baxış keçirilib və müvafiq araşdırmalar aparılıb.
Qeyd olunan məsələ ilə bağlı AQTA tərəfindən quş cəsədlərindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Aparılan sınaqların nəticələrinə əsasən, hər hansı xüsusi heyvan xəstəliyi halı aşkar edilməyib.
MƏLUMAT YENİLƏNİR...
Oxşar xəbərlər
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir - YENİLƏNİB
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KMBİ qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsini ifşa etdi
-
Bakıda 3 küçədə yollar bağlanacaq - Təmir işlərinə görə
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.08.2026)
-
Sakinlər imdad dilədilər: "Ən pis yer-yurd buradır, səsimizi çatdırın"
-
Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 55 ölü var - DƏHŞƏTLİ KADRLAR
-
Çingiz Əlioğlu ilə vida mərasimi keçirilib













