"Neftçi" Anatoli Banişevskinin 9 nömrəli formasını əbədiləşdirib
Far.Az xəbər saytı

"Neftçi" Anatoli Banişevskinin 9 nömrəli formasını əbədiləşdirib


"Neftçi" əfsanəvi futbolçusu Anatoli Banişevskinin 9 nömrəli formasını əbədiləşdirib.

Klubdan "Report"a verilən məlumata görə, 2026/2027 mövsümündən etibarən komandanın 9 nömrəli forması Banişevskinin xatirəsinə istifadədən götürüləcək.

Qərar fevralın 23-də anadan olmasının 80 illiyi tamam olan unudulmaz hücumçunun xatirəsinə ehtiram əlaməti olaraq qəbul edilib.

Bildirilib ki, Anatoli Banişevski 16 il ərzində "Neftçi"nin 9 nömrəli formasını şərəf və sədaqətlə geyinib, bu nömrə altında çoxsaylı qələbə qolları vuraraq klubun adını yüksəklərə daşıyıb.

Qeyd olunub ki, bu addım 89 illik tarixi ərzində Azərbaycan futboluna mühüm töhfələr vermiş "Neftçi"nin şanlı keçmişinə və klubun formasını daşımış bütün futbolçulara hörmətin ifadəsidir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub
Porsche Azərbaycandan uşaqlarla unudulmaz kartinq günü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər