At xəstəliklərindən azad zonaların yaradılması istiqamətində işlərə başlanılıb
Azərbaycanın idman atlarının beynəlxalq yarışlarda, xüsusilə Avropa turnirlərində fasiləsiz iştirakını təmin etmək məqsədilə ölkədə "at xəstəliklərindən azad zona" və ya "kompartment" modelinin yaradılması istiqamətində işlərə başlanılıb.
Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, keçirilən görüşdə AQTA, ÜHST-nin, Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Xidmətlər Agentliyinin, Azərbaycan Atçılıq Federasiyasının nümayəndələri və beynəlxalq ekspertlər iştirak ediblər.
AQTA-nın sədr müavini Balarəhim Quliyev bildirib ki, müvafiq statusun əldə olunması üçün obyektlərdə ÜHST-nin Quruda yaşayan heyvanların sağlamlığı Məcəlləsinin tələblərinə uyğun infrastruktur qurulmalı, sanitariya-gigiyena və biotəhlükəsizlik tədbirləri tam təmin edilməli, eləcə də idman atlarının hərəkətinə dair xüsusi nəzarət və izləmə sistemi tətbiq olunmalıdır.
Bu tələblər yerinə yetirildikdən sonra ÜHST-yə rəsmi müraciət ediləcək və müvafiq obyektlərin azad zona və ya kompartment kimi tanınması mümkün olacaq.
Həmin status Azərbaycanın beynəlxalq səviyyədə rəsmi tanınmasına, idman atlarının isə yarış keçirilən ölkələrə daha operativ və məhdudiyyətsiz daşınmasına imkan yaradacaq.
Layihə çərçivəsində beynəlxalq ekspertlər tərəfindən infrastrukturun beynəlxalq standartlara uyğunlaşdırılması, baytarlıq və biotəhlükəsizlik prosedurlarının hazırlanması istiqamətində metodiki dəstək göstəriləcək.
Bu təşəbbüs həm at xəstəlikləri riskinin minimuma endirilməsinə, həm də Azərbaycanın beynəlxalq atçılıq yarışlarında nüfuzunun və təmsilçiliyinin gücləndirilməsinə xidmət edir.
Oxşar xəbərlər
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kopenhagendə beynəlxalq iqlim rejiminin gələcəyi müzakirə edilib
-
Fars körfəzində Boliviya bayrağı altında üzən iki gəmi yoxa çıxıb
-
Çay süfrəsində ağır söhbət: Vladimir Putin və Si Cinpin nəyi müzakirə ediblər?
-
Muxtar Babayev: İqlim miqrasiyası və hərbi münaqişələr şəhər planlaşdırmasını çətinləşdirir
-
Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək
-
Azərbaycan Ali Məhkəməsinə yeni hakimlər təyin ediləcək













