ATU və Azərbaycan Kamandan Oxatma Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan Tibb Universiteti (ATU) ilə Azərbaycan Kamandan Oxatma Federasiyası (AKOF) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bu barədə "Far.Az"a AKOF-dan bildirilib.
Sənəd tərəflər arasında idman və sağlamlıq sahəsində birgə fəaliyyətin genişləndirilməsini, eləcə də perspektiv layihələrin həyata keçirilməsini nəzərdə tutur.
ATU-nun Təsərrüfat işləri üzrə prorektoru İlqar Mehrabov qonaqları salamlayaraq universitetdə idmanın inkişafına göstərilən diqqətdən bəhs edib. O, ATU-nun nəzdində fəaliyyət göstərən Təbib İdman Klubunun tələbələrin fiziki sağlamlığının möhkəmləndirilməsində, sağlam həyat tərzinin təbliğində və idman ənənələrinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Prorektor qeyd edib ki, tibblə idmanın vəhdəti həm nəzəri, həm də praktik baxımdan cəmiyyət üçün böyük əhəmiyyət daşıyır:
"Gənclərin sağlam ruhda və sağlam bədəndə formalaşması bizim əsas prioritetlərimizdəndir. Bu əməkdaşlıq gələcəkdə tələbələrin idmana cəlb olunması, onların peşəkar idman mühitinə inteqrasiyası və sağlamlıq sahəsində birgə təşəbbüslərin reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir."
Federasiyanın baş katibi Fərid Xəlilov isə rəhbərlik etdiyi qurumun son illərdə qazandığı nailiyyətlərdən danışıb, ölkə və beynəlxalq səviyyədə uğur qazanmış idmançılar barədə məlumat verib. O, cari il üçün nəzərdə tutulan yarışlar, təlim-məşq toplanışları və maarifləndirici layihələr haqqında ətraflı məlumat verərək bildirib:
"Kamandan oxatma idman növünə marağın artırılması, xüsusilə gənclər arasında bu sahənin təşviqi əsas məqsədlərimizdəndir. ATU ilə əməkdaşlıq bizə sağlam həyat tərzinin təbliği və idmanın elmi əsaslarla inkişafı istiqamətində yeni imkanlar yaradacaq".
Memorandum çərçivəsində birgə tədbirlərin, seminar və təlimlərin təşkili, tələbələrin kamandan oxatma idman növünə cəlb olunması, eləcə də sağlamlıq və idman sahəsində maarifləndirici layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Tərəflər əməkdaşlığın uzunmüddətli və qarşılıqlı faydalı olacağına əminliklərini ifadə ediblər.
Görüşdə ATU-nun Təbib İdman Klubunun rəhbəri Qələndər Aslanov, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova, həmçinin Azərbaycan Kamandan Oxatma Federasiyasının mətbuat katibi Aynur Hüseynova, İdman şöbəsinin müdiri Kamran Həsənzadə və Yarışlar üzrə menecer Ləman Sultanlı iştirak ediblər.
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zəngilan Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
-
Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
-
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb
-
Sabah Yasamal, Nizami və Binəqədi rayonlarının bir hissəsində işıq olmayacaq
-
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
-
UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura start verilir













