Novruzun müjdəçisi böyük coşqu ilə qeyd olundu: Oğuz sakinləri adətlərdən danışdılar
Far.Az xəbər saytı

Novruzun müjdəçisi böyük coşqu ilə qeyd olundu: Oğuz sakinləri adətlərdən danışdılar


Novruz əsrlərin sınağından çıxmış adət-ənənələrimizi özündə yaşadan bolluq, gözəllik və sevgi bayramıdır.

Baharın gəlişi təbiətin oyanışı, həyatın canlanması anlamına gəlir.

Novruzun müjdəçisi olan ilk çərşənbə Oğuzun Xaçmaz kəndində böyük coşqu ilə qeyd edilir.

"Çərşənbə günü səhər su götürüb saxlayırıq, növbəti çərşənbə onu atıb yeniləyirik. Qonaq gedirik, hazırladığımız şirniyyatlardan və aşdan qonşulara, qohumlara pay veririk", - sakinlərdən biri Baku TV-yə deyib.

Başqa bir sakin isə bildirib: "Elimizdə, obamızda bu çərşənbəyə ta qədimdən "əzəl çərşənbə", "gözəl çərşənbə" və ya "sular çərşənbəsi" də deyilir. Su həyat mənbəyidir. Türklər inanırdılar ki, suyun ruhu var. Çərşənbə ilə bağlı adətlərdən biri də səhər tezdən suya gedib niyyət etmək, suyun üstündən atlanaraq ilboyu sağlam olacaqlarına inanmaqdır. Həmçinin evlərdə təmizlik işləri aparırdılar ki, bu həm fiziki, həm də mənəvi təmizliyi göstərirdi".

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Güclü qar Qəbələnin dağlıq kəndlərinə gediş-gəlişi çətinləşdirib
İlham Əliyev Ağdərədə Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər