Qulağının yarısı kəsilib, üzü iflic olub: Eyni həkimdən 3 pasiyent şikayət etdi
Qulağının yarısı kəsilib, üzü iflic olub, kəllə-beyin travması alıb və artıq beş aydır şiddətli ağrılardan əziyyət çəkir.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, uğursuz estetik əməliyyatın qurbanı olduğunu iddia edən Gülnarə Həmidova bildirib ki, "TikTok" sosial platformasında qarşısına çıxan "Beauty Derm" Estetik Mərkəzinə və özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimovaya müraciət edib. Üzgərmə əməliyyatı üçün getdiyi klinikadan evinə iflic vəziyyətində qayıtdığını iddia edir.
Onun sözlərinə görə, əməliyyat üçün "Beauty Derm" Estetik Mərkəzinə 2 min manat ödəyib. İlk estetik müdaxilədən sonra evə qayıdarkən səhhəti qəfil pisləşib. Evdə yıxılaraq huşunu itirdiyini deyən Gülnarə Həmidova Esmira İbrahimovaya zəng etdiyini, lakin telefon zənglərinə cavab verilmədiyini bildirib.
Əfsanə Yaqubova və Fərqanə Xasməmmədova da iddia edirlər ki, dodaqlarına vurulmuş süni gelin çıxarılması üçün özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimovaya müraciət ediblər. Onların sözlərinə görə, əməliyyatdan sonra hər iki pasiyentin dodaq nahiyəsində əyilmə yaranıb, tikiş izləri isə ciddi çapıq qoyub.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
-
"Turan Tovuz" Rahil Məmmədovu transfer edib
-
"Kalyari" Daniel Maldinini icarəyə götürüb
-
Əli Nikzad: Hücum zamanı ABŞ-yə kömək edənlər raket hədəfinə çevriləcək
-
Beyləqanda kanalda batan 21 yaşlı gəncin meyiti tapıldı
-
Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb













