"Xocalı. Son toy..." filmi yayımlanır
"Xocalı. Son toy..." filmi "Report" İnformasiya Agentliyinin "YouTube" kanalında yayımlanır.
Far.Az xəbər verir ki, "Global Media Group"un və "Report" İnformasiya Agentliyinin ərsəyə gətirdiyi "Xocalı. Son toy..." bədii-sənədli filmi 1992-ci ildə ermənilərin Xocalını atəşə tutması nəticəsində yarımçıq dayandırılan sonuncu toy mərasiminə həsr olunub.
***17:24
"Xocalı. Son toy..." filmi "Report" İnformasiya Agentliyinin "YouTube" kanalında yayımlanacaq.
Far.Az xəbər verir ki, "Global Media Group"un və "Report" İnformasiya Agentliyinin ərsəyə gətirdiyi "Xocalı. Son toy" bədii-sənədli filmi 1992-ci ildə ermənilərin Xocalını atəşə tutması nəticəsində yarımçıq dayandırılan sonuncu toy mərasiminə həsr olunub.
İllər əvvəl "Vağzalı"sı yarımçıq kəsilən toyun bəyi Vasif Qafarov, gəlini Dürdanə Məmmədova və həmin toyda iştirak edən digər qonaqlar, qohumlar, həmçinin musiqiçi heyəti illər sonra yenidən doğma ata-baba yurdlarına gələrək toylarının davamını ediblər.
Bir fotodan yola çıxılaraq ekranlaşdırılan bu əsər 1992-ci ildə yanvarın 18-də Xocalıda gerçəkləşən toyu, sonrasını və hazırkı dövrü tərənnüm edir. Sözügedən toyda çəkilən ağ-qara foto, yenidən zəfər bayrağı sancılmış azad Xocalıda həmin fotonun rənglənmiş variantı ilə canlandırılıb.
Filmin real kadrları Xocalıda, bədii hissəsi isə Ağsuda lentə alınıb.
Film 25 fevral 2026-cı il saat 20:00-da "Report" agentliyinin "YouTube" kanalında yayımlanacaq.
Həmçinin, 26 fevral 2026-cı il saat 16:00-da film Baku TV kanalının efirində, saat 21:30-da isə ATV telekanalında yayımlanacaq.
Qeyd edək ki, filmin layihə rəhbəri "Global Media Group" İdarə Heyətinin sədri Elnur Abdullayev, ideya və ssenari müəllifi Niyam Şirinov, baş prodüseri Fuad Hüseynəliyev, quruluşçu rejissoru isə Yusif Ələkbərzadədir.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KMBİ qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsini ifşa etdi
-
Bakıda 3 küçədə yollar bağlanacaq - Təmir işlərinə görə
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.08.2026)
-
Sakinlər imdad dilədilər: "Ən pis yer-yurd buradır, səsimizi çatdırın"
-
Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 55 ölü var - DƏHŞƏTLİ KADRLAR
-
Çingiz Əlioğlu ilə vida mərasimi keçirilib













