Azərbaycanla Ukrayna arasında energetika sahəsində əməkdaşlıq müzakirə edilib
Far.Az xəbər saytı

Azərbaycanla Ukrayna arasında energetika sahəsində əməkdaşlıq müzakirə edilib


Azərbaycanla Ukrayna arasında energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X" sosial şəbəkə hesabında paylaşım edib.

Səfir bildirib ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov ukraynalı həmkarı Denis Şmıqalla onlayn formatda görüşüb. Onun sözlərinə görə, görüşdə energetika sahəsində əməkdaşlıq məsələləri ilə yanaşı, Azərbaycanın Ukraynanın enerji dayanıqlılığına yardımı ilə bağlı da fikir mübadiləsi aparılıb.

S. Mərdəliyev nazirlərin görüşündən sonra D. Şmıqalla ikitərəfli enerji əməkdaşlığını daha da gücləndirmə istiqamətində müzakirə apardığını qeyd edib.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər