Şahin Zeynalov: "Sabah" Gürcüstandakı beynəlxalq turnirdə böyük təcrübə qazandı"
"Sabah" klubunun 13 yaşadək futbolçulardan ibarət komandası Gürcüstanda keçirilən beynəlxalq turnirdə böyük təcrübə, həm də gələcək uğurlar üçün ciddi motivasiya qazanıb.
Bunu "Far.Az"a açıqlamasında adıçəkilən komandanın baş məşqçisi Şahin Zeynalov deyib.
O, "Kobuleti Winter Cup" turnirində gümüş medal qazanmaları barədə danışıb:
"Yarışa çox inamlı başladıq. Qrup mərhələsində ilk iki oyunda böyükhesablı qələbələr qazandıq, üçüncü görüşdə isə heç-heçə etdik. Bu nəticələrlə qrupdan çıxdıq və pley-off mərhələsinə yüksəldik. Pley-offda da uşaqlar xarakter göstərdilər. Həm 1/4 finalda, həm də yarımfinalda inamlı qələbələr qazanaraq finala vəsiqə əldə etdik. Final oyunu çox gərgin keçdi. Əsas vaxt qolsuz bərabərliklə başa çatdı və qalib penaltilər seriyasında müəyyənləşdi. Təəssüf ki, bu mərhələdə şans bizim tərəfimizdə olmadı və turniri ikinci yerdə tamamladıq".
Mütəxəssis komandası ilə fəxr etdiyini söyləyib:
"Komanda turnir boyu əzmkarlıq, intizam və mübarizə ruhu nümayiş etdirdi. Bu yarış bizim üçün həm böyük təcrübə, həm də gələcək uğurlar üçün ciddi motivasiya oldu. Uşaqlar meydanda həqiqətən xarakter göstərdilər. Biz onlarla fəxr edirik".
Qeyd edək ki, "Sabah" həlledici matçın penaltilər seriyasında yerli "Vazisubani" kollektivinə oyunsonrası penaltilər seriyasında uduzub.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













