Xocalı soyqırımının 34-cü ildönümü Ukrayna paytaxtında qeyd olunub
Ukrayna paytaxtı Kiyev şəhərində Xocalı soyqırımının 34-cü ildönümü qeyd edilib.
"Far.Az"un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Kiyev Akademik Milli Operetta Teatrında anım mərasimi təşkil olunub.
Anım tədbirində Ukraynada akkreditə olunmuş səfirlər, diplomatlar, ukraynalı tarixçilər, alimlər, ali təhsil ocaqlarının rektorları və müəllimləri, tələbə heyəti və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Xocalı soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın bir sıra ölkəsində, o cümlədən ABŞ-nin 18 ştatında Xocalı soyqırımının tanındığını xatırladan S.Mərdəliyev qeyd edib ki, əgər dünya ictimaiyyəti Xocalı soyqırımına vaxtında hüquqi qiymət versəydi, bəlkə də dünyanın başqa yerlərində baş vermiş sonrakı soyqırımlarının qarşısını almaq olardı:
"Burada isə bir sadə həqiqəti xatırlamalıyıq - cəzasızlıq yeni cinayətlər doğurur".
Azərbaycanın torpaqlarının işğalına son qoyduqdan sonra sülh prosesinə sadiqliyini bildirən səfir qeyd edib ki, müharibə cinayətkarlarının beynəlxalq hüquq tələbi ilə cəzalandırılması da davam edir:
"Münaqişədən sonrakı sülh prosesini başlatmaqla Azərbaycan, eyni zamanda Bako Saakyan, Araik Arutyunyan, David Babayan, Ruben Vardanyan da daxil olmaqla onlarla müharibə cinayətkarlarını insanlığa qarşı cinayətlər törətdiklərinə görə məsuliyyətə cəlb olunmasını təmin etdi. Onlar bu yaxınlarda ağır məhkəmə hökmlərini aldılar. Lakin Ermənistanın iki keçmiş prezidenti Robert Koçaryan və Serj Sarqsyan da daxil olmaqla digər cinayətkarlar cəzasızlıqdan yararlanmağa davam edirlər".
Diplomat bildirib ki, Xocalı təqribən 30 illik işğaldan sonra 2023-cü ilin sentyabrında Azərbaycanın müzəffər Silahlı Qüvvələri tərəfindən azad edildi:
"Bu yalnız hərbi və ya siyasi mərhələ deyildi. Bu, Azərbaycan xalqı üçün mənəvi və tarixi qələbə idi".
Anım gecəsində Kiyev Akademik Milli Operetta Teatrının solistləri Qara Qarayev, Fikrət Əmirovun əsərləri ilə yanaşı Ukrayna və xarici ölkələrin klassiklərinin əsərlərini də ifa ediblər.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır
-
Hikmət Hacıyev: Genişmiqyaslı layihələrə Ermənistanın tranzit ölkə kimi qoşulması mümkündür
-
BVF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır
-
Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclası oktyabrda Afinada keçiriləcək
-
Son bir həftədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 min manatdan çox ziyan dəyib - RƏSMİ
-
Soheyl Mahmud: Azərbaycan "D-8"in strateji baxışına əhəmiyyətli töhfə verməkdə qətiyyətlidir













