AFFA-nın D kateqoriyalı məşqçi kurslarının ikinci günü nəzəri və praktiki sessiyalarla davam edib
AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Bayıl stadionunda keçirilən D kateqoriyalı məşqçi kursları davam edir.
"Far.Az" xəbər verir ki, kursun ikinci günü nəzəri və praktiki sessiyalarla yadda qalıb.
AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov tərəfindən iştirakçılara "Kütləvi futbolda əsas prinsiplər", "Məşq metodları", "Məşqçi davranışları", həmçinin uşaq və yeniyetmələrlə iş zamanı pedaqoji yanaşma, məşq prosesinin planlaşdırılması və oyunçu inkişafının mərhələləri ilə bağlı geniş təqdimatlar keçirilib.
Sessiyalar zamanı müasir məşq metodologiyasının tətbiqi, yaş qruplarına uyğun məşq modellərinin qurulması, təhlükəsizlik qaydaları və motivasiya üsulları praktiki nümunələr əsasında izah olunub. Təlimatçılar tərəfindən real oyun situasiyaları üzərindən analizlər aparılıb, iştirakçılarla interaktiv müzakirələr təşkil edilib və müxtəlif prizmalardan fikir mübadiləsi həyata keçirilib.
Praktiki hissədə isə məşq planının hazırlanması, meydanda düzgün yerləşmə, tapşırıqların izahı və məşqçinin kommunikasiya bacarıqları üzərində xüsusi dayanılıb. İştirakçılar qrup şəklində tapşırıqlar yerinə yetirərək nəzəri biliklərini meydanda tətbiq etmək imkanı qazanıblar.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaraheybət təlim mərkəzində bədbəxt hadisə
-
WUF13 zamanı Bakıda geniş nəqliyyat planı tətbiq olunacaq
-
"Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ
-
Qaraheybətdə təlim mərkəzində bədbəxt hadisə baş verib
-
Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb
-
"Tanjug": Azərbaycan dünyada ən çox palçıq vulkanına sahib ölkədir













