Vüqar Bayramov: "COP29 iqlim fəaliyyəti üçün yeni maliyyə mexanizmləri formalaşdırır"
Bu ilin noyabr ayında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim fəaliyyəti üçün yeni maliyyə mexanizmləri formalaşdırır.
Bunu “Far.Az”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
"Dünyada qlobal istiləşməni 1,5°C saxlamaq əsas hədəflərdəndir. İqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün müəyyənləşdirilmiş 100 milyard ABŞ dolları azdır. Bu məbləğin kəskin artırılmasına, ən azı 500 milyard, hətta 1 trilyon ABŞ dolları müəyyən edilməsinə ehtiyac var. Çünki 100 milyard ABŞ dolları ilə iqlim dəyişikliyinin təsirlərinə həssas olan ölkələr üçün itkiləri və zərərləri kompensasiya etmək çətindir", - deyə o qeyd edib.
V.Bayramovun sözlərinə görə, COP hədəflərinin reallaşdırılması bu istiqamətdə daha çox vəsait cəlb edilməsini aktuallaşdırır: “İqlim dəyişikliyinə qarşı mübarizədə dövlətlərin həm də maliyyə öhdəliklərinin formalaşması vacibdir. Bu baxımdan Bakının yanaşması mövcud çağırışlara uyğundur. Praktik olaraq iqlim dəyişikliyi üçün maliyyənin artırılması preventiv xarakter daşıyır. Çünki bu qlobal problemlərin öncədən qarşısının alınması və bu istiqamətdə daha çox vəsaitin yönəldilməsinə imkan yarada bilər.
Bakının təəəbbüsü pozitivdir. Təşəbbüsün mahiyyəti bütövlükdə iqlim maliyyəsi sahəsində bütün səylərin mobilizasiyasına nail olmaq və bu istiqamətdə səyləri birləşdirməkdən ibarətdir. Bu kontekstdən də inkişaf etmiş ölkələrin bu təşəbbüsü daha yaxından dəstəkləməsi bütövlükdə iqlim dəyişikliyinə qarşı mübarizənin sistemlilyini artıra bilər”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
BMT rəsmisi: Azərbaycanın COP29-a hazırlaşmaq üçün məhdud vaxtı olub, lakin peşəkar şəkildə irəliləyiş əldə edilib - MÜSAHİBƏ
BMT-də COP29 prezidentliyinin ev sahibliyi ilə "Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları” təşəbbüsü müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı














