Sumqayıtda poladəritmə sexindəki partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB
Sumqayıt şəhərindəki poladəritmə sexində baş verən partlayış zamanı xəsarət alanların vəziyyəti məlum olub.
bu barədə "Far.Az"un yerli bürosuna Baku Medical Plazadan məlumat verilib.
Bildirilib ki, Sumqayıtın Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində baş vermiş partlayış nəticəsində xəsarət alan iki nəfər gecə saat 22:00–23:00 radələrində Baku Medical Plazanın Babək filialına hospitalizasiya olunub.
Hazırda pasiyentlərin vəziyyəti ağır qiymətləndirilir. Onlara dərhal zəruri tibbi yardım göstərilib, müalicələri reanimasiya şöbəsində davam etdirilir.
Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində partlayış hadisəsi baş verib.
"Far.Az"un yerli bürosu məlumat verir ki, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində orada fəhlə işləyən 1994-cü il təvəllüdlü İsmayılov Elməddin Nurəddin oğlu, 1989-cu il təvəllüdlü Davidov Ceyhun Zakir oğlu və 1997-ci il təvəllüdlü Məmmədov Coşğun Ruşan oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Yaralılar dərhal tibb müəssisəsinə çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Goranboyda yaşayış binasında uçqun zamanı xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













