Ağdamda "Böyük Qayıdış" çərçivəsində kütləvi tibbi müayinə keçirilib
Ağdamda 230-dan çox sakin "Böyük Qayıdış" proqramı çərçivəsində tibbi müayinədən keçib.
BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ) ixtisaslaşmış tibb heyəti rayon sakinlərinə yüksəksəviyyəli tibbi xidmətlər göstərib.
Aksiyanın əsas məqsədləri işğaldan azad edilmiş ərazilərdə məskunlaşan əhali üçün müntəzəm səyyar tibbi müayinələr təşkil etməklə sağlamlıq göstəricilərini yaxşılaşdırmaq, ağciyər xəstəliklərinin erkən diaqnostikası və profilaktikası sahəsində əhalini maarifləndirmək, yerli sakinlərə dəstək və peşəkar tibbi yardım göstərməkdir.
Aksiya çərçivəsində ETAXİ-nin pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq, şüa-diaqnostika həkimi, rentgenoloq və laboratoriya mütəxəssisləri tərəfindən ağciyərin flüoroqrafiyası və roentgen, elektrokardioqrafiya (EKG), ümumi ultrasəs müayinəsi (USM), exokardioqrafiya (ürəyin USM), spirometriya (nəfəs funksiyasının qiymətləndirilməsi) müayinələri, mantu sınağı və arterial qan qazlarının tərkibinin təhlili aparılıb.
Müayinə nəticələrində sağlamlıq problemi aşkarlanan şəxslərə dərhal tibbi məsləhətlər verilib, zəruri hallarda müalicə sxemləri təyin olunub və lazımi ixtisas həkimlərinə yönləndirmə aparılıb.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Bu gündən avtobus və metroda gedişhaqqı 60 qəpik oldu
Ağdamda 200-dən çox sakin tibbi müayinədən keçib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Aysel Teymurzadədən qızı Leyla ilə bağlı paylaşım
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir













