SOCAR və BP Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalayıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, sazişə əsasən, şirkətlər müxtəlif dövrlərdə toplanmış mövcud seysmik məlumatların uyğunlaşdırılması və birləşdirilməsi yolu ilə regional psevdo-3D seysmik həcm yaratmaq məqsədilə innovativ texnologiyaların tətbiq olunduğu qabaqcıl seysmik tədqiqat həyata keçirəcəklər. Bu, Xəzər dənizinin Azərbaycan sektorunda bu növdə ilk layihə olacaq.
Yaradılacaq psevdo-3D seysmik həcm ayrı-ayrı 2D seysmik xətlərdən asılılığı azaltmaqla regional geoloji interpretasiyanı əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Bu yanaşma hövzə miqyasında 3D xəritələşdirməyə imkan verəcək, kəşfiyyat potensialının daha dərindən anlaşılmasını təmin edəcək və Xəzər hövzəsi üzrə gələcək kəşfiyyat layihələrində risklərin azaldılmasına töhfə verəcəkdir.
Əməkdaşlıq çərçivəsində SOCAR bp-yə 2D seysmik xətlər, quyu məlumatları və geoloji nümunələr təqdim edəcək. Bunun müqabilində bp seysmik məlumatların emalını və nümunələrin laborator analizini təmin edəcək. Psevdo-3D seysmik məlumatlar qabaqcıl texniki imkanlara və bu texnologiyanın tətbiqində təsdiqlənmiş təcrübəyə malik podratçı tərəfindən təqdim olunacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
SOCAR "Uniper"lə 2025–2026-cı illər üzrə Əməkdaşlıq Proqramı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib













