Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - YENİLƏNİB
ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi davam edir.
"Far.Az" xəbər verir ki, daha bir qrup vətəndaşın Azərbaycana təhlükəsiz keçidi təmin edilib.
Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib.
"Far.Az" xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi həyata keçirilib.
Bu gün saat 08:00-dan 20:00-dək yeddi vətəndaşın Azərbaycana keçidi təmin olunub.
Daha əvvəl Azərbaycanın Xarici işlər İşlər Nazirliyi İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq vətəndaşları İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan vətəndaşlara isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb.
Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. Donald Tramp iranlı hərbçilərə silahı yerə qoymağı və ya ölməyi təklif edib. İsrail və ABŞ tərəfinin səhər saatlarında endirdiyi zərbələr zamanı İranın Minab şəhərində bir məktəb hücuma məruz qalıb. Respublikanın Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 85 nəfər həlak olub.
Daha əvvəl bildirilib ki, BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. Görüşün Bakı vaxtı ilə saat 01:00-da başlanması gözlənilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













