Məktəbli avtobuslarında ödəniş məbləği ucuzlaşacaq?
"Məktəbli avtobusları" xidməti ilə bağlı ödəniş məbləğinə yenidən baxılması təklif edilir.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu təkliflə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ildəki fəaliyyəti ilə əlaqədar məruzəsini təqdim edərkən çıxış edib.
Ombudsman şagirdlərin təhsil müəssisəsinə gediş-gəlişinin asanlaşdırılması məqsədilə Bakı şəhəri ərazisində tətbiq olunan "Məktəbli avtobusları" pilot layihəsinin növbəti tədris ilindən etibarən daha da geniş tətbiqinin planlaşdırılmasını nəzərə alaraq, xidmətlə bağlı ödəniş məbləğinə ölkə üzrə yaşayış minimumu nəzərə alınmaqla yenidən baxılmasının vacibliyinə toxunub.
Qeyd edək ki, Bakıda "Məktəbli avtobusları"nın tətbiqi üzrə pilot layihəyə 2025-ci ilin oktyabr ayının 1-dən start verilib. Şəhərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə həyata keçirilən bu layihə ilkin mərhələdə 8 dövlət və 3 özəl məktəbi, ümumilikdə 1250-dən çox şagirdi əhatə edib. Avtobus xidmətindən istifadəyə görə aylıq abunə haqqı məsafəyə əsasən müəyyən olunur. Qazi və şəhid ailələrinə, eləcə də ikinci övladı məktəbdə oxuyan ailələrə endirimlər nəzərdə tutulub.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
Avropanın əhalisi 53 milyon azalacaq
-
Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır
-
Martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub, 3 nəfər maksimal bal toplayıb
-
Qəhvə aşağı təzyiqi "xilas etmir" – həkimlərdən 3 vacib açıqlama













