"Haber Global" İlham Əliyevin sülh mükafatı ilə təltif olunmasına dair süjet hazırladı
Far.Az xəbər saytı

"Haber Global" İlham Əliyevin sülh mükafatı ilə təltif olunmasına dair süjet hazırladı


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb.

BAKU.WS xəbər verir ki, "Haber Global" mövzu ilə bağlı videomaterial hazırlayıb.

Videomaterialda İlham Əliyev Cənubi Qafqazda sülhün memarı adlandırılır və bildirilir ki, Azərbaycan prezidentinin sülh təşəbbüsləri İspaniyada da qiymətini alıb.

"Gernika faciəsinin tarixi yaddaşını yaşatmaq, sülh və barışıq proseslərində töhfəsi olan insanları tanıtmaq məqsədi daşıyan bu mötəbər mükafata layiq görülmək böyük şərəfdir. Bu mükafatın 26 aprel - Gernika qurbanlarının anım günündə təqdim olunması xüsusi rəmzi məna daşıyır", - "Haber Global" eyni zamanda Azərbaycan Prezidentinin mükafatlandırma iştirakçılarına nitqindən sitat gətirib.

Daha ətraflı süjetdə:

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb
Azərbaycan Prezidenti: "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir
Bakıda təşkil olunan Millətlər Liqasının mükafatlandırma mərasimi keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər