Azərbaycan və daha 7 ölkənin vətəndaşları İrandan təxliyə edilib - YENİLƏNİB-3
Saat 19:00-dan 22:00-a qədər 21 Çin, 8 Oman, 6 Azərbaycan, 4 Nigeriya, 2 Yaponiya, eləcə də 117 nəfər Rusiya, 6 Belarus, 1 Qazaxıstan vətəndaşı " Astara" Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə edilib.
"Report"un Cənub bürosu xəbər verir ki, onlar avtobuslarla Bakıya yola salınıb.
Qeyd edək ki, Rusiya vətəndaşları isə avtobuslarla Lənkəran Beynəlxalq Hava Limanına gətirilib. Burdan da öz ölkələri tərəfindən xüsusi təyyarə reysi ilə vətənlərinə qaytarılacaqlar.
İrandan Azərbaycana martın 3-də saat 17:00-dan 19:00-a qədər "Astara" Dövlət sərhəddindən buraxılış məntəqəsi vasitəsilə ümumilikdə 50 nəfərin təxliyəsi həyata keçirilib.
"Report"un Cənub bürosu xəbər verir ki, onlardan 7-si Azərbaycan vətəndaşı olub.
Bundan başqa, Çin 16, Rusiya 15, Cənubi Afrika Respublikası 3, Gürcüstan 2, Filippin, İtaliya və Nigeriyanın hərəsinin 1 vətəndaşı təxliyə edilib.
Rusiya vətəndaşlarından 2-si səfirlik əməkdaşı olub.
İrandan Azərbaycana martın 3-də saat 15:00-dan 17:00-dək daha 66 nəfər təxliyə edilib.
"Report"un Cənub bürosu xəbər verir ki, bu saatlarda təxliyə edilənlərin 19-u Azərbaycan, 32-si Oman, 4-ü İsveçrə, 3-ü Meksika, 3-ü Çin, 2-si isə Pakistan vətəndaşıdır.
Qeyd edək ki, bununla martın 3-də saat 13:00-dan 17:00-dək İrandan Azərbaycana təxliyə olunanların ümumi sayı 182 nəfər təşkil edib.
İrandan Azərbaycana martın 3-də saat 13:00-dan 15:00-dək daha 116 nəfər təxliyə edilib.
"Report"un Cənub bürosu xəbər verir ki, təxliyə edilənlərin 16-sı Azərbaycan, 42-si Çin, 41-i Tacikistan, 7-si Oman, 4-ü Pakistan, 3-ü İran, 3-ü isə Qırğızıstan vətəndaşıdır.
Oxşar xəbərlər
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib - YENİLƏNİB-5
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
Avropanın əhalisi 53 milyon azalacaq
-
Rusiya PUA-ları Rumıniyanın hava məkanına daxil olub
-
"CBS News": Çin qabaqcıl radiolokasiya komplekslərinin İrana verilməsi imkanını öyrənib













