"Barselona" "Atletiko"nu darmadağın etsə də, İspaniya Kubokunun finalına çıxa bilməyib
Far.Az xəbər saytı

"Barselona" "Atletiko"nu darmadağın etsə də, İspaniya Kubokunun finalına çıxa bilməyib


Madridin "Atletiko" klubu "Barselona"nı iki yarımfinal matçında ümumi hesabda məğlub edərək, İspaniya Kubokunun ilk finalçısı olub.

"Far.Az"un məlumatına görə, "Atletiko" Madriddə keçirilən ilk oyunda 4:0 hesabı ilə qalib gəlsə də, səfərdə cavab oyununda 0:3 hesabı ilə məğlub olub.

"Barselona"nın heyətində Mark Bernal (29-cu və 72-ci dəqiqələrdə) iki qol vurub, Rafinya isə (45+5) penaltidə fərqlənib.

"Atletiko" finalda "Atletik" - "Real Sosyedad" oyununun qalibi ilə qarşılaşacaq. "Real Sosyedad" ilk oyunda səfərdə 1:0 hesabı ilə qalib gəlib. Cavab oyunu 4 martda keçiriləcək.

Turnirin rekordçusu İspaniya Kubokunu 32 dəfə qazanan "Barselona"dır.

Oxşar xəbərlər

Baku TV 2025-ci ildə beynəlxalq əməkdaşlıqlar və güclü media göstəriciləri ilə fərqlənib
"Qarabağ" cari mövsüm əsas mərhələdə ilk dəfə məğlub olub
"Atletiko" İspaniya Kubokunun yarımfinalında "Barselona"nı darmadağın edib
"Barselona" "Atletik"i məğlub edərək İspaniya Superkubokunun finalına çıxıb
"Barselona" La Liqanın XXIII turunda "Malyorka"nı darmadağın edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər