Şri-Lanka sahillərində İranın "IRIS Dena" freqatına hücum edilib, 78 nəfər xəsarət alıb
Far.Az xəbər saytı

Şri-Lanka sahillərində İranın "IRIS Dena" freqatına hücum edilib, 78 nəfər xəsarət alıb


Şri-Lankanın cənub sahilləri yaxınlığında İranın "IRIS Dena" freqatına hücum edilib. Nəticədə azı 78 nəfər xəsarət alıb.

Far.Az xəbər verir ki, bu barədə Reuters və Outlook India məlumat yayıb. Bildirilir ki, sualtı qayıq tərəfindən hücuma məruz qalan gəmi batma təhlükəsi ilə üzləşib.

Rəsmilərdən birinin sözlərinə görə, batan İran hərbi gəmisindən xilas edilən 32 nəfər xəstəxanaya yerləşdirilib.

Şri-Lankanın Səhiyyə Nazirliyinin yüksək vəzifəli rəsmisi Anil Casinqe bildirib ki, xəsarət alanlardan biri ağır vəziyyətdədir, yeddi nəfərə təcili tibbi yardım göstərilir, digərləri isə yüngül xəsarətlər alıb.

Şri-Lankanın xarici işlər naziri Vicita Herat parlamentdə çıxışı zamanı deyib ki, göyərtəsində 180 nəfərin olduğu "IRIS Dena" freqatının qəza vəziyyətində olduğu barədə ölkənin Hərbi Dəniz Qüvvələrinə məlumat verilib. Onun sözlərinə görə, xilasetmə əməliyyatı üçün gəmilər və təyyarələr cəlb olunub.

Bundan əvvəl İsrailə məxsus F-35I "Adir" qırıcısının Tehran üzərində İran Hərbi Hava Qüvvələrinə məxsus "Yak-130" təyyarəsini vurduğu bildirilmişdi. İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, bu, pilotlu təyyarənin F-35I tərəfindən vurulması ilə bağlı ilk hadisədir.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Şri-Lanka dənizçiləri İran gəmisindən 30-dan çox şəxsi xilas ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər