Son beş ildə məhkəmələrdə aliment işlərinin sayı təxminən 10 min artıb
Far.Az xəbər saytı

Son beş ildə məhkəmələrdə aliment işlərinin sayı təxminən 10 min artıb


Son beş ildə məhkəmələrdə aliment işlərinin sayı təxminən 10 min artıb.

"Report" xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisdə bu gün keçirilən "Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər" mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, 2025-ci ildə məhkəmə icraatında 141 min aliment işi olub:

"Aliment ödəməkdən yayınan 4299 borclu barəsində inzibati protokol tərtib edilib, 3083 halda məhkəmələr tərəfindən inzibati tənbeh tətbiq olunub, 2344 nəfər inzibati qaydada həbs edilib. Həmçinin 286 halda cinayət məsuliyyətinə cəlbetmə barədə təqdimat verilib, 235 halda cinayət işi başlanıb".

Nazir müavinin fikrincə, uşaqla ünsiyyət işləri də həssas kateqoriyaya daxildir:

"2025-ci ildə icraatda 14 min belə iş olub. Bu işlər ümumi icra işlərinin təxminən bir faizini təşkil edir və icra olunmama halları azdır. Əsas çətinliklər valideynlərin uşağa psixoloji təsiri və ünsiyyətin gecikdirilməsi ilə bağlıdır.

Bu baxımdan təklif olunur ki, uşaqla ünsiyyət icra şöbələrində deyil, psixoloqların iştirakı ilə xüsusi mərkəzlərdə təşkil edilsin. Bu, uşaqların daha sağlam psixoloji mühitdə valideynləri ilə görüşməsinə imkan yarada bilər".

Oxşar xəbərlər

Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər