Yaxın Şərqdən 17 mindən çox ABŞ vətəndaşı ölkəyə qayıdıb
17 min 500-dən çox ABŞ vətəndaşı fevralın 28-dən etibarən Yaxın Şərqdən təhlükəsiz şəkildə bu ölkəyə qayıdıb.
"Far.Az"un ABŞ bürosu xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin köməkçisi Dilan Consonun yayımladığı bəyanatda qeyd olunub.
Bildirilib ki, ötən gün 8 min 500-dən çox ABŞ vətəndaşı ölkəyə geri dönüb.
Bəyanata əsasən, Yaxın Şərqdə olan Amerika vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı intensiv iş aparılır.
Bununla yanaşı, çoxlu sayda amerikalı Yaxın Şərqdən Avropa və Asiyanın müxtəlif ölkələrinə yollanıb. Bəzi vətəndaşlar isə regionu tərk etsələr də, hazırda ABŞ-yə qayıdış üçün tranzit mərhələsindədirlər.
ABŞ Dövlət Departamentinin 24/7 fəaliyyət göstərən Xüsusi İşçi Qrupu vasitəsilə xaricdə olan təxminən 6 min 500 amerikalıya yardım göstərilib. Bu yardıma təhlükəsizlik üzrə tövsiyələr və səyahət dəstəyi daxildir.
Bəyanatda vurğulanıb ki, ABŞ Dövlət Departamenti Yaxın Şərqi tərk etmək istəyən hər bir vətəndaşına bundan sonra da fəal şəkildə dəstək verməyə davam edəcək.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













