Vasif Qafarov: Özəl məktəblərdə çalışan müəllimlər də sertifikasiyadan keçməlidir
Far.Az xəbər saytı

Vasif Qafarov: Özəl məktəblərdə çalışan müəllimlər də sertifikasiyadan keçməlidir


Özəl təhsil müəssisələrində çalışan müəllimlərin də sertifikasiyaya cəlb olunması vacibdir.

"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə və "Təhsil haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, özəl və dövlət təhsil müəssisələrində müəllimlərin fəaliyyətinə dair vahid yanaşma tətbiq olunmalıdır:

"Təhsilverənlərin sertifikasiyası qanunla tənzimləndiyindən bu tələblər özəl təhsil müəssisələrinə də şamil edilməlidir. Müəllimlər sertifikasiyadan keçdikləri halda onların əməkhaqlarına tətbiq olunan 10 və 35 faiz əlavələrin ödənilməsi həmin özəl təhsil müəssisəsini təsis edən qurumun öhdəliyində olmalıdır".

Oxşar xəbərlər

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər