Azərbaycanda fiziki şəxslər maliyyə icarəsi xidməti göstərə bilməyəcək - YENİLƏNİB
Azərbaycanda maliyyə icarəsi fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hüquqi şəxsə çevrilə bilmələri üçün 9 ay vaxt veriləcək.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev "Maliyyə icarəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, onlar həmin müddətdə eyestrdə qeydiyyat üçün müraciət etməlidirlər: "Təbii ki, bu zaman onlar hüquqi şəxs təsis etməlidirlər. Azərbaycanda bununla bağlı prosedur elə də çətin deyil, kifayət qədər asandır. Ümumiyyətlə qanunun qəbul olunması 6 ay ərzində nəzərdə tutulur və 9 aylıq zaman isə qanun qüvvəyə mindikdən sonra həmin müddətin üzərinə gəlmiş olacaq".
Azərbaycanda maliyyə icarəsi fəaliyyəti ilə yalnız hüquqi şəxslər məşğul ola biləcəklər.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev "Maliyyə icarəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Layihədə maliyyə icarəsi verənləri AMB vasitəsilə prudensial tənzimlənməsi və nəzarətlə bağlı çərçivə təklif edilib. Maliyyə icarəsi xidməti göstərən hüquqi şəxslər AMB-nin yaradacağı reyestrə daxil ediləcəklər. Qanun qəbul edildikdən sonra adında "maliyyə icarəsi", "maliyyə lizinqi", "lizinq" sözləri olan təşkilatların qeyri-qanuni bu adlardan istifadəsi istisna ediləcək (tənzimlənəcək). Həmçinin məlumatların ən azı bir kredit bürosuna təqdim edilməsi tələbi təsbit olunub. Bu, maliyyə bazarında informasiya asimmetriyasını aradan qaldırmağa, borc yükünün düzgün müəyyənləşdirilməsinə və kredit əlçatanlığının yaxşılaşdırılmasına xidmət edəcək. İcarəyəverənin mühasibat uçotu aparması və maliyyə hesabatlarını tərtib etməsi "Mühasibat uçotu haqqında" qanunla tənzimlənəcək. İllik maliyyə hesabatları auditor rəyi ilə birlikdə AMB-yə təqdim edilməlidir", - deyə o qeyd edib.
AMB rəsmisinin sözlərinə görə, maliyyə icarəsi fəaliyyətinə məhdudlaşdırıcı tələblərin gətirilməsi nəzərdə tutulmur: "Qanun layihəsində hüquqi şəxslərin maliyyə icarəsi fəaliyyətindən başqa fəaliyyətlə məşğul ola bilməməsi təsbit olunub. Burada məqsəd minimal nəzarətlə əhatə olunan, müəyyən reyestrdə qeydiyyatı aparılan, müəyyən hesabatlılığı olan, ictimai hesabatları açıqlayan və dayanıqlı təşkilatların maliyyə sektorunda icarə fəaliyyəti göstərməsidir. Maliyyə icarəsi sahəsinin etibarlılığının artırılması, bu sahənin yerli və xarici investorlar üçün cəlbediciliyinin gücləndirilməsi, bu fəaliyyətlə məşğul olan şəxslərin digər maliyyə institutlarının resurslarına çıxış imkanlarının artırılması çox vacibdir".
Bundan başqa, T.Əliyev deyib ki, icarə müddəti ərzində ödəniləcək məbləğ obyektin icarəsinin əvvəlinə olan bazar qiymətinin ən azı 90%-nə bərabər və yaxud ondan artıq olmalıdır: "Layihəyə əsasən maliyyə icarəsi obyektinin maliyyə icarəsi alanın sahibliyinə və istifadəsinə verilməsini nəzərdə tutur: "Bu zaman növbəti meyarlar olduğu halda, maliyyə icarəsi bu hüquqi münasibətlərə uyğun hesab edilir. Bu meyarlar nədən ibarətdir? Müqavilədə nəzərdə tutulmuş icarə müddəti bitdikdən sonra obyektin icarəalanın mülkiyyətinə verilməsi yaxud onun maliyyə icarəsi obyektini müəyyən qiymətə almaq hüququnun təsbit olunmasıdır. İcarə müddəti obyektin istismar müddətinin 75%-dən artıq olmalıdır. İcarə müddəti bitdikdən sonra qalıq dəyəri icarənin əvvəlinə olan bazar qiymətinin 20 %-dən az olmalıdır. Maliyyə icarəsini klassik icarədən fərqləndirən məhz qeyd etdiyimiz bu meyarlar və xüsusiyyətlərdir".
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
"Lufthansa" yanacaq çatışmazlığı səbəbindən on minlərlə uçuşu ləğv edib
-
"Tasnim": Qalibafın müşavirinin ABŞ ilə danışıqlar barədə fikri onun mövqeyini əks etdirmir - YENİLƏNİB
-
Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə dəyişikliklər edilib
-
İran hesab edir ki, ABŞ atəşkəsi uzatmaqla vaxt qazanmağa çalışır
-
ABŞ Çini cilovlamaq təşəbbüsü üçün 12 milyard dollar ayıra bilər













