Tramp növbəti dəfə Netanyahunun müdafiəsinə qalxdı
ABŞ prezidenti Donald Tramp yenidən İsrailin baş naziri Benjamin Netanyahunun müdafiəsinə qalxaraq onun əfv olunması ilə bağlı çağırış edib.
BAKU.WS xəbər verir ki, Tramp "Axios" portalına müsahibəsində bildirib ki, İsrail prezidenti İshaq Hersoq Netanyahuya qarşı davam edən uzunmüddətli məhkəmə proseslərini nəzərə alaraq onu əfv etməlidir.
Bundan əvvəl Hersoq qeyd etmişdi ki, Netanyahu ilə bağlı mümkün əfv qərarı yalnız ölkənin hüquqi sistemi tərəfindən müəyyən edilmiş qanun və prosedurlara uyğun, həmçinin vicdan əsasında qəbul ediləcək.
ABŞ prezidenti isə bu məsələdə daha sərt mövqe sərgiləyib. O bildirib ki, İsrail prezidenti Netanyahuya dərhal əfv etməlidir.
Tramp həmçinin əlavə edib ki, Netanyahu əfv olunmayana qədər Hersoqla görüşmək niyyətində deyil. Onun sözlərinə görə, İsrail prezidenti ötən il ərzində beş dəfə Netanyahuya əfv veriləcəyini vəd etsə də, bu vəd hələ də yerinə yetirilməyib.
Qeyd edək ki, bundan əvvəl mediada Netanyahu ilə bağlı müxtəlif xəbərlər yayılmışdı. Bildirilmişdi ki, o təhlükəsizlik məqsədilə kamerası bağlanmış telefon istifadə edir. Bundan başqa, Netanyahu İsrail prezidentinin Qəzza üzrə Sülh Şurasının təqdimat mərasimində iştirakına icazə verməmişdi ki, bu da prezident və baş nazir aparatları arasında gərginliyə səbəb olmuşdu.
Xarici KİV-lərin məlumatına görə, hazırda Netanyahu ABŞ administrasiyasında bir çox əsas fiqurların dəstəyini itirsə də, Donald Tramp onun əsas siyasi müttəfiqi olaraq qalır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













