Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib
Far.Az xəbər saytı

Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib


Azərbaycan Prezidenti İlham Əliyev martın 6-da Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini qəbul edib.

"Far.Az" xəbər verir ki, qəbula görə dövlət başçısına təşəkkür edən Mixay Popşoi Moldova Prezidenti Maya Sandunun salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Maya Sanduya çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində Moldovanın dövlət başçısı ilə görüşlərini və aparılmış müzakirələri məmnunluqla xatırladı.

Mixay Popşoi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı törətdiyi hücumları Moldovanın qətiyyətlə qınadığını dedi, bu məsələdə ölkəmizlə həmrəy olduqlarını vurğuladı. O, hücum zamanı xəsarət alanların tezliklə sağalmasını arzuladı.

Xalqlar arasında dostluq münasibətlərinin mövcud olmasını məmnunluqla qeyd edən qonaq dedi ki, Moldovanın çətin günlərində Azərbaycanın dəstəyini həmişə xatırlayırlar və bunu yüksək qiymətləndirirlər.

Prezident İlham Əliyev nümayiş olunan mövqeyə görə təşəkkür etdi.

Söhbət zamanı Azərbaycanın və Moldovanın daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla qeyd olundu, ikitərəfli münasibətlərin inkişafı, o cümlədən siyasi, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlığın dərinləşdiyi vurğulandı, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsində roluna toxunuldu. Bu xüsusda Mixay Popşoinin səfərinin uğurlu olacağına əminlik bildirildi.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, siyasi dialoqun intensivləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər