Moldova Baş nazirinin müavini Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib
Far.Az xəbər saytı

Moldova Baş nazirinin müavini Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib


Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi martın 6-da Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib.

"Far.Az" xəbər verir ki, Zəfər parkında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Daha sonra Şəhidlər xiyabanında ziyarət zamanı Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla anıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Sonra Bakının mənzərəsini seyr edən qonağa Azərbaycan paytaxtında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Rəsmilər Şəhidlər xiyabanında
Estoniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib
Bakıda Zəfər muzeyinin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər