Bakıda meksikalı rəssam Jazzamoartın sərgisi açılıb
Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində meksikalı rəssam Jazzamoartın sərgisinin açılışı olub.
"Report" xəbər verir ki, tədbir Meksikanın Bakıdakı səfirliyi tərəfindən təşkil olunub.
Açılışda Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero qeyd edib ki, Jazzamoart, Quanaxuatodan olan görkəmli rəssamlardan biridir.
"Mənim üçün Quanaxuato ştatından ikinci rəssamı Azərbaycanda təqdim etmək böyük şərəfdir, birincisi Dieqo Rivera idi. Jazzamoart musiqidən ilhamlanan geniş əsərlər kolleksiyasına malik rəssamdır. Bu sərgi onun yaradıcılığının yalnız kiçik bir hissəsini təqdim edir. Məhz bu muzeydə olmaq mənim üçün böyük şərəfdir", - səfir deyib.
Azərbaycan-Meksika Parlamentlərarası İşçi Qrupunun rəhbəri Jalə Əliyeva parlament üzvlərinin Meksikaya bu yaxınlarda baş tutan səfərini xatırladıb və bu ölkənin gözəlliyinə və mədəniyyətinə heyranlığını ifadə edib.
"Mədəniyyət – tarix və gələcəkdir. Meksika Azərbaycan kimi zəngin qədim tarixə malik ölkədir. Hər iki ölkədə insanlar xeyirxah, qonaqpərvər və açıqdırlar, bizim çoxlu ortaq nöqtələrimiz var. Diplomatiya və iqtisadi əlaqələrdən əlavə, mədəniyyət başlıca yer tutmalıdır. Bir daha vurğulamaq istəyirəm: məhz mədəniyyət, onun tarixi və gələcəyi xalqları birləşdirir", - J.Əliyeva bildirib.
Qeyd edək ki, Jazzamoart musiqi və rəssamlığı birləşdirən fənlərarası layihələrdə işləyən meksikalı rəssamdır. Onun ekspressionist əsərləri Madriddə Kraliça Sofiya Muzeyi, Amsterdamda Reyksmuseum, Nyu-Yorkda Bronks Muzeyi, Çin Milli İncəsənət Muzeyində Pekin Biennalesi və Meksikada Müasir İncəsənət Muzeyi kimi yerlərdə, dünya üzrə muzey ve qalereyalarda 500-dən çox sərgidə nümayiş etdirilib.
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Bakıda Zəfər muzeyinin açılışı olub
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Madyarla Lyayen Macarıstan üçün 17 milyard avronun blokdan çıxarılması barədə razılığa gəliblər
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat etdi
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
GTA VI oyununun qiyməti 100 dollar olacaq?
-
Bakının premium ərazilərində torpaq: 1 sot 2 milyon manata satılır













