İsrail ordusu Beyrutun cənub şəhərətrafına zərbə endirib
Far.Az xəbər saytı

İsrail ordusu Beyrutun cənub şəhərətrafına zərbə endirib


İsrail Müdafiə Qüvvələri (İMQ) Beyrutun cənub ətrafına güclü hava zərbələri endirib.

Bu barədə “Far.Az” “Reuters”ə istinadən xəbər verir.

Agentliyin təhlükəsizlik qüvvələrindəki adıaçıqlanmayan mənbəyinə görə, İsrailin azı iki zərbəsi Livan paytaxtının cənub ətrafındakı Leylaki rayonuna dəyib. “Reuters”in müxbirləri də güclü parıltılar və bərk partlayışlar barədə məlumat veriblər.

Daha əvvəl İsrail hərbçiləri sıx məskunlaşmış cənub ətraflarındakı müəyyən binalara zərbə endiriləcəyi barədə xəbərdarlıq etmişdilər.

Qeyd olunur ki, son günlərdə İsrail zərbələrinin artmasından sonra bir çox sakin bu rayonu tərk edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Xankəndi şəhərinə qoyulan ilk investisiyaların həcmi açıqlanıb
Livanda rabitə cihazlarında partlayışlarda ölənlərin sayı 20 nəfərə çatıb, 460 yaralı var - YENİLƏNİB-3
Livanda rabitə cihazlarında yeni partlayışlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 450 yaralı var - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər