Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ilə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkərana səfəri zamanı şəhid Ülfət Babazadənin ailəsini ziyarət ediblər.
"Far.Az" xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva Vətən müharibəsi şəhidi Ülfət Babazadənin xatirəsini ehtiramla yad edib, qəhrəmanımızın həyatı, döyüş yolu, eləcə də ailənin qayğı və ehtiyacları ilə maraqlanıblar.
Qeyd edək ki, Ülfət Qabil oğlu Babazadə Lənkəran rayonunun Daştatük kəndində anadan olub. O, Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında torpaqların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Ülfət Babazadə Xocavənd, Kəlbəcər və Şuşa istiqamətlərində aparılan döyüşlərdə igidlik göstərib. O, 2020-ci il noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
-
"Euronews": Dohada Hörmüz boğazı və uranla bağlı məsələlərə diqqət yetirilib - YENİLƏNİB
-
Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Bakı-Tbilisi sərnişin qatarı yola salınıb













