Bu ilin səkkiz ayında hərbidə baş verən cinayətlər azalıb
Ötən ilin səkkiz ayı ilə müqayisədə bu il qeydə alınmış cinayətlər, ümumilikdə 24,7 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər 25,9 faiz, qeyri-hərbi cinayətlər isə 23,4 faiz azalıb.
“Far.Az” xəbər verir ki, bunu Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyev "Respublika" qəzetində dərc olunmuş məqaləsində bildirib.
O qeyd edib ki, öldürmə həddinə çatdırma cinayətləri 82,4 faiz, fərarilik cinayətləri 93,3 faiz, tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər cinayətləri 28,1 faiz azalıb: “Həmçinin hərbi xidmətdən yayınma cinayətləri 34 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 83,3 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 30,8, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 50 faiz, xuliqanlıq cinayətləri 75, rüşvət alma (passiv rüşvətxorluq) və rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətləri isə 59,7 faiz azalıb.”
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Mingəçevirdə ata narkotik qəbul edərək qızı ilə intim əlaqədə olmaq istədi
Milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış anti-Azərbaycan dəstə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib
-
Quzu əti niyə fərqli qiymətlərə satılır
-
UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəlib
-
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
-
Venesuelada zəlzələ qurbanlarını sayı 4 930 nəfərə çatıb
-
Zeynəbin axtarışları nəticə vermir - "Qayalıqlar və balıqçı torları işi çətinləşdirir"













