Çin vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib - YENİLƏNİB
Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir.
"Report"un Cənub bürosu xəbər verir ki, günorta saatlarından (13:30-dan 17:00-dək) indiyə kimi 5 Azərbaycan və 6 Çin vətəndaşı bu ölkədən təxliyə edilib.
Daha əvvəl Qazaxıstanın İrandakı diplomatik korpusunun üç əməkdaşının və 8 Rusiya vətəndaşının təxliyəsi həyata keçirilmişdi.
Qazaxıstanın İrandakı diplomatik korpusunun əməkdaşları "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə Azərbaycana təxliyə olunub.
"Report"un Cənub bürosu xəbər verir ki, təxliyə olunan diplomatların sayı üç nəfərdir.
Bununla yanaşı, 8 Rusiya vətəndaşı da təxliyə edilib.
Qeyd edək ki, daha əvvəl – gecə saat 01:00-a qədər Almaniyanın 13, İspaniyanın isə 6 diplomatının Azərbaycana keçidi təmin edilib.
Oxşar xəbərlər
Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
İrandan daha 27 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-5
Banqladeş, Qətər, Pakistan vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib
-
Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
-
Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq - YENİLƏNİB
-
Zelenski Ukrayna ordusunda islahatların iyunda başlayacağını elan edib
-
Yalçın Rəfiyev: SIDS ölkələrinin mədəni irsinin YUNESKO-da siyahıya alınmasına Azərbaycan dəstək verməyə hazırdır













